“Doğrudur, İran Azərbaycan dövlətinin varlığını da həzm edə bilmir... Fəqət...” - REAKSİYA

10-09-2024, 00:07           
“Doğrudur, İran Azərbaycan dövlətinin varlığını da həzm edə bilmir... Fəqət...” - REAKSİYA
Son günlər bir sıra siyasətçi və qurumlar İran İslam Respublikasının Rusiya Federasiyasının “Zəngəzur dəhlizi”nin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatmasına kəskin reaksiyasına sərt münasibət bildirir. Hətta bəzi siyasi qurumlar Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırır.
Bəs görəsən, ətrafın getdikcə daha çox qan çanağına döndüyü indiki mürəkkəb geo-siyasi durumda hər şeyə rəğmən rəsmi ərazisində on milyonlarla soydaşımız yaşayan qonşu bir dövləti “düşmən dövlət” elan etmək milli və dövlət maraqlarımıza nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bunları söyləyib:

“Bilirsiz, bir var insanların hər hansı məsələyə öz müstəqil fikri, bir var dövlətlərin maraqları, bir də var ki, hansısa siyasi kursa, korporativ maraqlara, yaxud mövsümi siyasətə xidmət edən mövqelər... Bunlar fərqli-fərqli məsələlərdir. Doğrudur, İran ümumiyyətlə, Azərbaycanın bütövlüyünə, Quzey Azərbaycan dövlətinin mövcudluğuna belə, etirazını bildirir, bunu heç cür həzm edə bilmir. Bizim də partiya olaraq İran anti-islam cümhuriyyətinə qarşı mövqeyimiz ortadadır. İndi bəzən hökumətin siyasəti bizim dövlətin real milli maraqlarına uyğun olur, bəzən də olmur. Bunlar da ayrı-ayrı məsələlərdir. Və indiki halda da, nəinki indiki halda, həmişə, bütün hallarda dostumuz, düşmənimizi bəlirləməli, bilməli, tanımalı həm də unutmamamalıyıq. Amma bəzən dövlət maraqları tələb edəndə diplomatik qaydalara uyğun olaraq dost, düşmən məsələləri bir yanda qalır, Azərbaycanın dövləti maraqları nəyi tələb edirsə, onu irəli sürməli olursan. Fəqət, o da var ki, Azərbaycanda dövlət maraqlarından, milli maraqlardan çıxış edən adamlar bir əlin barmağının sayı qədərdir...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.