Reketçilikdə adı hallanan "Difai" təşkilatı Bakı milyonçularını nə üçün təşvişə salmışdı?

21-10-2024, 10:37           
Reketçilikdə adı hallanan "Difai" təşkilatı Bakı milyonçularını nə üçün təşvişə salmışdı?
Bakıda və Azərbaycanın bir sıra qəzalarında geniş fəaliyyətə başlamış, əhali arasında kifayət qədər güclü dəstək qazanmış Azərbaycanın milli müdafiə partiyası "Difai"nin yaranması 1906-cı ilin payızına təsadüf edir.

"Difai" partiyasının kim tərəfindən, nə vaxt və harada yaradılması məsələsinə münasibət bu günə qədər birmənalı deyil. "Difai" Partiyasının Bəyannaməsində bu, açıqca yazılmışdı:

"Əvvəllər olduğu kimi, erməni terror təşkilatları müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halına düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".

"Difai"nin görünən tərəfində erməni terroru ilə mübarizə, görünməyən tərəfində isə müstəqilliyimiz uğrunda mübarizə dayanırdı. Buna görə də bəzən "Difai"ni Müsavatın sələfi qəbul edirlər. "Difai"nin maliyyələşməsində Qarabağ bəylərinin və Bakı milyonçularının xüsusi rolu var idi.

Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün "Difai"nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülmüşdü. Gəncədəki polis rəisi Bannikov Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə aradan götürülmüşdü. "Difai" firqəsinin Osmanlıdakı "İttifad və Tərəqqi" firqəsi ilə xeyli oxşar cəhəti var. Hər iki firqə istibdada qarşı çıxmış, terrorla mübarizə aparmış, partizan hərəkatı olaraq fəaliyyət göstərmişdir.

"Difai"nin tərkibində kifayət qədər İttihadçılar var idi: Nağı bəy Şeyxzamanlı, Nəsib bəy Yusifbəylinin atası Yusif bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyli və başqalarını buna misal göstərmək olar. Hətta 1918-ci ildə Əhməd bəy Ağaoğlunun İttihadçı Nuru Paşanın siyasi müşaviri olması da buna sübutdur.

4 mart 1908-ci ildə Qafqaz valisi "Difai"nin fəaliyyətinin ləğvi üçün sərəncam imzalayır. Təşkilat üzvləri polis tərəfindən tapılaraq Azərbaycanın və Rusiyanın müxtəlif bölgələrində həbsxanaya göndərilir. "Difai" rəhbəri Əhməd bəy Ağayev hökumətdən gələn təzyiqlərə görə Türkiyəyə getməli olur. Bununla da "Difai"nin varlığına son qoyulur.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.