Deputat yol polislərinə hiddətləndi - “Dərs götürülməlidir”

26-09-2016, 12:27           
Deputat yol polislərinə hiddətləndi - “Dərs götürülməlidir”
“Deputatların statusuna yenidən baxılmalı və tam aydınlıq gətirilməlidir”

Bunu modern.az-a açıqlamasında deputat Tahir Kərimli yol polislərinin millət vəkilləri ilə davranışları barədə danışarkən vurğulayıb.

Deputat bildirib ki, dəfələrlə Yol Patrul Xidmətinin əməkdaşları yolda onu əbəs yerə saxlayıblar

“Axı necə olur ki, deputatların maşınları yerli-yersiz, harda gəldi yol polisləri tərəfindən saxlanılır. Mənim özümü maşınla gedərkən dəfələrlə dövlət yol polisi boş-boşuna saxlayıb, süni əngəllər yaradılıb”.

T.Kərimli bəzən hökumət üzvlərinin deputatları saymadğını vurğulayıb:

“Bəzi hallarda hətta dövlət orqanları tərəfindən də deputatlara qarşı açıq şəkildə biganəlik və saymazlıq göstərilir. Axı bunlar niyə baş verir? Azərbaycanda deputatların qanunla toxunulmazlıq statusu var”.

Deputat deyib ki, əgər millət vəkilinin statuslarına əməl edilmirsə, bunlar ləğv olunsun:

“Əgər buna əməl etməyəcəklərsə ümumiyyətlə deputatlın statusları ləğv edilsin. Qardaş Türkiyədə məmurların, hökumət üzvlərinin deputatlara qoyduqları hörmətdən dərs götürülməlidir. Bəs bizdə necədir ? Təbii ki, vəziyyət yaxşı deyil.

Buna görə də tez bir zamanda deputatların statusu məsələsinə ciddi şəkildə aydınlıq gətirilməlidir. Ya birdəfəlik deputatlığın statuslarına xitam verilsin, ya da bu statuslara ciddi şəkildə əməl olunsun”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.