“Şou-biznesdə evli kişilərlə yaşayan qadınlar var, kişilərlə yaşayan kişilər də çoxdur” - Müğənnidən İLGİNC açıqlama

4-11-2024, 11:32           
“Şou-biznesdə evli kişilərlə yaşayan qadınlar var, kişilərlə yaşayan kişilər də çoxdur” -
“Şou-biznesdə evli kişilərlə yaşayan qadınlar var, kişilərlə yaşayan kişilər də çoxdur”
“Hazırda Rusiyadayam. Burada bir çox toylara dəvət alıram. Təkcə Azərbaycandakı toylarda yox, elə Rusiya toy bazarında da mane olanlar var. Burada lap biyabırçılıqdır. Hamı bir-birinin ayağını çəkir. Azərbaycanda şükür mənim ayağımdan çəkən yoxdur. Çünki hamı oxuya bilər, amma heç kəs mənimlə meyxana deyə bilməz. Bunu da çox yaxşı bilirlər ki, mənim kimi baqajı olan müğənni yoxdur”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.

Samirə xanım bildirib ki, ona gücləri çatmayanlar qızının yolunu kəsməyə cəhd edirlər:

“Bar verən ağaca daş atan çox olur. Amma hələ ki, mən sağam, onun yanından heç yel olub keçə bilməzlər. Mən övladıma görə onların gözünü tökərəm. Qızım Fərəhə paxıllıq edənlər çoxdur. O cavandır, gözəldir, gələcəyi var. Ona görə də partlayırlar. Şou-biznesin 99 faizi süni gözəllərdir, əməliyyatla gözəlləşiblər. Mənim qızım təbii gözəldir” deyə o bildirib.

Müğənni daha sonra ilginc açıqlamalar edib:

“Şou-biznesdə evli kişilərlə yaşayıb sevgili olanlar kifayət qədərdir. Hər nəsildən var. 99 faizi o gündədir. Utanmasan oynamağa nə var ki? Kişi ilə yaşayan kişilər də var. Təkcə şou-biznesdən söhbət getmir, həyatda da o qədər var ki. Onları hamı tanıyır, amma qorxularından danışmırlar. Çünki əlləri bərk yerdədir. Sadəcə bir şey deyim ki, əfsus hansı vaxta gəldik ki, kişi kişiyə, qadın qadına yanaşır. Hər kəs özünə görə cavab verəcək” deyə müğənni bildirib.

Müğənni bildirib ki, kişilər ona yaxınlaşmağa qorxur.

“Təklik Allaha məxsusdur. Amma hər şalvar geyinən “kişi” fasonlara inanmaqdansa elə təklik güvənlidir. Mənə heç evlilik üçün yaxınlaşmırlar, yəqin qorxurlar. Niyə ailə həyatı qurmayım ki? Layiqli insan olsa mən də evimin xanımı olmaq istərdim. Yorulmuşam yollarda qalmaqdan. Amma bu o demək deyil ki, ürəyim gedir ərə getmək üçün. Amma ağılla dərk etsək ailə müqəddəsdir. Mən 27 ildir yoldaşımı itirmişəm. 30 yaşından tək külüng vururam” deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.