Ankarada qətlə yetirilən rus səfirin arvadı danışdı – İlk dəfə

11-12-2017, 11:18           

2016-cı il dekabrın 19-da Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina ilk dəfə media qarşısına çıxıb.

Teleqraf.com xəbər verir ki, o, Türkiyənin “Habertürk” agentliyinə müsahibə verib:

- Karlovla necə tanış olmusuz?

- Andrey üniversitetin 2-ci kursunda oxuyurdu. Ortaq dostumuz sayəsində tanış olduq. İlk görüşümüz “Mayakovski” metrosu idi. Kinoya getdik. “Xanımlar və cənablar” filmini izlədik. Daha sonra məni evə kimi ötürdü və qapının ağzında sevgi etirafı etdi. Təəccübləndim. Ancaq çox sevinirdim. Və həmin gün aşiq oldum. 2 il yarımdan sonra, yəni 1975-ci il oktyabrın 4-də evləndik.

- Həyat yoldaşı və insan kimi necə birisi idi?

- Soyuqqanlı idi, insanlara kömək etmək istəyirdi. Maaşının bir hissəsini mənə verirdi ki, yardım təşkilatı tapıb, bu pulları ora göndərim. Yardım edənin özü olduğunu söyləmək istəmirdi.

- Türkiyədə ən çox nəyi sevirdi?

- Türkiyənin təbiətini çox sevirdi, vaxt tapdıqca gəzməyə gedirdik. Lüks restoranları sevmirdi. Türk tarixi və mədəniyyəti ilə çox maraqlanırdı.

- Xüsusilə, sevdiyiniz türk yeməyi var?

- İkimiz də bulgur plovunu və türk qəhvəsini çox sevirdi.

- “Su-24” qırıcı insidenti baş verən zaman Karlov rus səfiri idi. O vaxt nə baş verdi, nə hiss etdiniz?

- Böhran Türkiyə kimi, bizi də çox təsirləndirmişdi. Ərim o zaman çox çalışırdı, çox yorulurdu. Amma həmişə soyuqqanlı idi. “Problemləri həll edəcəyik, hər şey əvvəlki kimi olacaq” deyirdi.

- Sui-qəsdlə bağlı istintaq davam edir. Sonuncu dəfə TRT telekanalının əməkdaşı tutuldu. Hadisələri izləyirsiz?

- Sui-qəsdlə bağlı bütün xəbərləri yaxından izləyirəm. Türkcə yaxşı bilmədiyimiz üçünd dostlarımdan yardım istəyirəm. Hüququn aliliyinə inanan birisi olduğum üçün sui-qəsd hadisəsini şərh etmək istəmirəm.

- Həyat yoldaşınız olmadan 1 ili necə keçirdiz?

- Xüsusən son aylar mərkəzlərlə işləyirəm. Xəstə uşaqlara yardım etməyə çalışıram. Bununla da həm Karlovun istəyini yerinə yetirirəm, həm də başımı qatıram.

- Yenidən Türkiyəyə qayıtmaq fikriniz var?

- Türkiyəyə tez-tez gələcəm. Xüsusilə Ankara və Antalyaya… Orada tətilimi keçirmək istərdim.

- Son olaraq, türk xalqına nə sözünüz var?

- Türk xalqına incik deyiləm. Onları çox sevirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.