''Əliağa Vahidə Hüseyn Cavidin dilini sadələşdirməyi təklif edəndə, o deyib: “O dünyada ona nə cavab verərəm?”'' - Dahi ədibin qızının atası ilə bağlı xatirələri - MÜSAHİBƏ

13-12-2017, 08:17           
''Əliağa Vahidə Hüseyn Cavidin dilini sadələşdirməyi təklif edəndə, o deyib: “O dünyada ona nə cavab verərəm?”'' - Dahi ədibin qızının atası ilə bağlı xatirələri - MÜSAHİBƏ
Hüseyn Cavidə sevgimiz əsasən yaradıcılığı ilə bağlı olsa da, ancaq onun bir çox xüsusiyyətləri var ki, ona olan hörmətin üstünə hörmət gətirir. Bu da onun dəmir və dönməz xarakteridir. Bunu Hüseyn Cavid haqqında dövrdaşlarının qələmə aldığı yazılardan və qızının söhbət və müsahibələrindən görmək olur. Üzləşdiyi çətinliklər onu içəridən yıxsa da, ancaq düşmən önündə bir arpa boyu da olsun qəddini əymədi. Sözün düzü, bu barədə yazmaq istəsəm də, nə danım, cürətim çatmadı. Çünki Hüseyn Cavid kimi bir dahinin haqqında yazmaq və fikir bildirmək həddimizə deyil. O səbəbdən də qızı Turan Cavidin ailəsi və xüsusən də atası haqqında filologiya üzrə fəlsəfə doktoru Azər Turanla geniş söhbətini oxumaq daha münasibdir. Odur ki, Turan xanımın Azər Turanla geniş söhbətin sonuncu hissəsini təqdim edirəm.

Müsahibənin əvvəlini bu linkdən oxuyun

- Sonra məqbərə məsələsi yubandı...

- Təxminən 1991-ci ildə muzey yaradılmışdı. 1992-ci ildə isə Fəttah müəllim zəng vurmuşdu ki, burdakı memarlardan birinin layihəsi əsasında məqbərə tikilir. Etiraz elədim. O məqbərə yarımçıq qaldı. Heydər Əliyev Bakıya gələndən sonra bir müddət gözlədim, sonra müraciət etdim, iyulun 10-u 1995-ci ildə müşavirə keçirildi və demək olar ki, 13 illik əziyyətlərə son verildi, məktubların, teleqramların, yazışmaların hər biri 2 saatın içərisində həll olundu. Muzeyin Akademiyaya verilməsi, Cavidin öz yaşadığı otaqlarda muzeyin açılması ilə bağlı qərar çıxarıldı. Məqbərənin layihələrinə isə növbəti dəfə baxılması qərara alındı. Sonra da baxıldı və Rasim Əliyevin layihəsi qəbul olundu. Amma özünün çox təklifləri, əlavələri də oldu. Heydər Əliyev layihələrə iyul ayında baxdı. Bu zaman xahiş elədim ki, əgər mümkünsə Ərtoğrul da məqbərəyə köçürülsün. Razılaşdı. Çox qəribədi, nə isə ananın burdan ora köçürülməsini Heydər Əliyevə heç cürə deyə bilmədim. Elə bil ki, cəsarətim çatmadı. Yəni birini demişəm, ikincisini demək mənim üçün ağırdı. Deyə bilmədim və bu mənə olmazın əzab verdi. Layihə təsdiq olundu və tikintisi başladı. Mən də anayla bağlı arzumu Əliyevə demək üçün heç cür imkan tapa bilmədim. Çox əzab çəkdim. 1996-cı ilin iyunun 21-də Vəli Axundovun 80 illik yubüeyi Akademiyada keçirilirdi. Ümid etməzdim ki, elə bir yerdə Əliyevi görüb sözümü deyə büərəm. Elə oldu ki, biz çıxanda Əliyev foyedə akademiklərlə söhbət edirdi, məni görüb çağırdı. Yaxınlaşıb salam verdim. Çox sevinclə: “Xəbərin var, məqbərəni tikirlər” - dedi. “Bəli, eşitmişəm”. Əlavə etdi ki, mən də gedəcəm. “Çox gözəl”, - dedim. Doğum tarixini bir də soruşdu. İstədiyi o idi ki, məhz 24-də açılsın məqbərə. Əliyev söhbət etdikcə hiss edir ki, məndə o sevinc yoxdu. Birdən nəsə dayandı, diqqətlə üzümə baxdı: “nə sözün var, de”. Mən təəccüb elədim. Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə bilmədim. – “De, çəkinmə, de, nə demək istəyirsən, de”. Dedim ki, mümkün olsaydı Anamın da Məqbərəyə köçürülməsini istərdim. “Çox istəyirsən?”. “Çox!” - deyə cavab verdim. “İstəyirsən, tapşırım”. “Bütün sözlər minnətdar lıq üçün çox zəif di”, - dedim. “Səninçün eləmirəm ki... Onlar buna layiqdi”, - dedi. Ertəsi gün öyrəndim ki, artıq layihə idarəsinə tapşırıq verilib. Vaxtilə Əshabi-Kəhfdə etdiyim duaların ikisi də yerinə yetdi. Üçünü bir yerdə görməyi və ev muzeyinin açılmasını istəmişdim. Oldu, yerinə yetdi. Və sentyabrın 13-də ananı burdan apardıq. Özləri təşkil etdilər. 13-də Ərtoğrul, 14-də isə Ana qoyuldu məzara.

Açılışa xüsusi təyyarə ilə getdik. Təyyarədə hamıyla görüşdü, öz kabinəsinə getdi və məni dəvət etdi. Şəkil çəkdirdik. Cavidin əsərlərinin sayı ilə maraqlandı. Cavid haqqında çox maraqlı fikirlər söylədi. O, Cavidi bilirdi. 1983-cü, 1984-cü illərdə də mən bunun şahidi olmuşdum. 1983-cü ildə Moskvadan yayda istirahət üçün Bakıya gəlmişdi. 1983-in 24 sentyabrında Azdramada “İblis”ə baxmağa gəldi. O gün aktyorlar da çox gözəl oynayırdılar. Tamaşadan sonra müzakirədə əsəri elə dəqiq təhlil elədi ki... Zarafatından da qalmadı. Dedi ki, indi məndən soruşsalar ki, İblisi görmüsən, cavab verərdim ki, bəli, - Hamleti göstərib - İblis belə olar, - dedi. İkinci dəfə 1984-cü ildə sentyabrın 15-də Rus Dram Teatrında “Şeyx Sənan”a baxdı, rəhmətlik Zərifə xanımla birgə. I hissədən sonra məni qonaq otağına çağırdı və içəri girən kimi, “tamaşada bir neçə obrazı ixtisar ediblər”, - söylədi. Düz deyirdi. Sonra isə musiqidən danışdı. Fikrətin musiqisini çox təriflədi və kor ərəbin mahnısını ifa elədi, sözləri və melodiyanı dəqiq ifa edirdi. Təəccüb ediləcək bir hal idi. Dramaturgiyam yaxşı bilirdi, duyurdu. O, Cavidi Şekspirlə deyil, Höte ilə müqayisə etməyin tərəfdarıydı. “Faust”la “İblis”i müqayisə edirdi.

Əliyev, umimiyyətlə, Cavidə qarşı çox həssasdı. Hətta 1997-d üdə məqbərəni oktyabrm 14-də - Ərtoğrolun rəhmətə getdiyi gündə ziyarət etmişdi.

- Bu bir təsadüf deyildi?

- İnanmıram ki, təsadüf olsun.

- Qayıdaq məqbərəyə...

- Məqbərənin lentini kəsdi, gələn qonaqlar, vəzifə sahibləri ətrafımızdaydı, pillələri qalxanda Heydər Əliyevə: “İkimizdən başqa heç kəs içəri girməsin. Bu, ikimizin haqqıdı” - dedim. Hamı ayaq saxladı və biz içəri girdik.

Məqbərənin açılışından sonra ziyafət verdi. Ziyafətdə Şahmar Əkbərzadə “Yas içində toy” şeirini oxudu. “Kəcavən mübarək, toyun mübarək, məzardan məzara gəlin köçürsən” misraları Əliyevə çox təsir etdi. Yanaşı oturmuşduq. Bir daha ona təşəkkür edəndə: - “Başqa cür ola da bilməzdi”, - dedi.

Muzeyin açılışında da belə oldu. Bura yalnız onu dəvət etdim. Yeganə muzeydi ki, açılışına Heydər Əliyev tək gəlmişdi. Cavidin ad günündə, 120 illiyinin tamam olduğu gün. Bu çox səmimi bir görüş oldu... Yəqin ki, hər bir kəsi Allah yer üzünə bir işdən ötrü gətirir. Görünür, Cavidin məzarını Vətənə köçürmək üçün bu adam I katib olmalıydı. Məqbərənin də, muzeyin də açılmasına o uşaq kimi sevinirdi, fərəhlənirdi.

- Necə oldu ki, siz Cavidin əsərlərini bərpa etmək fikrinə düşdünüz?

- Əvvəla, Cavidin özü öz yazılarına azacıq da olsa düzəlişi istəməyən yazıçılardandı. Hətta “Azər”də vərəqin aşağı hissəsində redaksiyaya ünvanlanmış belə bir qeyd var: “İmlasına toxunmamalı, diziləndən (yığılandan) sonra çapa getməzdən əvvəl müəllifə göstərmək məsləhətdir”. Cavid bir kəlmə sözü belə dəyişdirməyi sevməzdi. İndi, o illərdən qalan bir qəzet var: “Azər”dən “İsyan” şeiri dərc olunub həmin qəzetdə. Cavid dərc olunmuş şeirinin üstündə hədsiz düzəlişlər edib. Bəraətdən sonra, 1958-ci ildə ilk dəfə repressiya qurbanı olmuş yazıçıların kitabları çıxmalıydı. 30 çap vərəqi həcmində bir kitabı makinada özüm yazdım və nəhayət, tam hazır edib təqdim elədim “Azərnəşr”ə. O zaman artıq bir neçə kitab - həcm etibarıyla kiçiklər çıxmışdı və həmin kitablarda çoxlu düzəlişlər etmişdilər. Hətta Mərkəzi Komitə belə düzəlişlərin tərəfdarı deyildi. O zaman Həbibə “Azərnəşr”də işləyirdi. O şahidi olmuşdu ki, Cavidin dilini sadələşdirməyi Əlağa Vahidə təklif edirlər. Ehtiyac içərisində yaşayan Əlağa Vahid: “mən nə karəyəm ki, ustadın yazısına qələm çalam, o dünyada Cavidə nə cavab verərəm?”, - deyir və təklifdən imtina edir. Sonra bu işi Mirmehdi Seyidzadəyə həvalə etdilər. Düzəlişlər apardı və bu düzəlişlərdən sonra, gördülər ki, yox, əsərlər bərbad vəziyyətə salınıb və bundan sonra qərara gəldilər ki, kim necə yazıbsa, eləcə də çap olunsun.

- Və Cavidin kitabı nəşr olundu.

- Bəli. Hətta bizə yaxşı pul da verdilər. 1959-cu ildə Azərbaycan mədəniyyəti günlərində iştirak etmək üçün Həbibəylə birgə Moskvaya getdik. Evdə gördüyün mebel dəstlərini həmin pula alıb qatarla yola saldıq. Özümüz isə bir neçə gün Moskvada qaldıq. Peredilkinoya - Nazim Hikmətlə görüşə də getdik. Doğrusu, Nazimlə görüşmək mənim marağımda deyildi. Həbibə Nazimin vurğunuydu, ona görə razılaşdım. Nazimin evində bizi bir rus xanım qarşıladı. Hiss olunurdu ki, Nazimlə görüşməyimizi istəmir. Nazim isə bizim səsimizə o biri otaqdan çıxdı: “Heç ola bilərmi ki, Azərbaycandan gələn qonaqlar məni görmədən qayıtsın?”, - dedi. Mənim Cavidin qızı olduğumu biləndə isə: - “Babanızı iyi tanıyırdım, böyük şairdi” - deyə əlavə etdi.

- Qayıdaq Cavid əsərlərinin sonrakı nəşrlərinə.

- 1958-ci ildən sonra əsərlər redaktə olunmağa başlandı, əməliyyatlar aparıldı. Nisbətən az dəyişikliyə uğrayan 1968-71-ci ildə nəşr olunan üçdldlik idi, mən onun korrekturasını iki dəfə oxudum. Məsələn, orda mən “şu”ları saxlamışdım, “pək”lər qalırdı. “Şimdi”ni “imdi” kimi redaktə etmişdim. Getdikcə bu ənənə davam edirdi. Ən dəhşətlisi, ən bərbadı 100 illik münasibətilə çıxan dördcildlikdir. Əldə olan bütün əsərlər bu dördcildlikdə toplanmışdı. O vaxta qədər nəşr olunmayan “Peyğəmbər”, “İblisin intiqamı”, məktublar, məqalələr bu cildə daxil edilmişdi. Çapdan çıxandan sonra kitablara baxdım və dəhşətə gəldim. Yeri oldu, olmadı, hətta məktublarında da bütün “şu”lar “bu” ya, “pək”lərin hamısı “çox”a, “şimdi”lər “indi”yə çevrilib, “gediyorum”, “gəliyorum” ləğv olunub. Xüsusüə nəsrlə yazılmış əsərlərində dəhşətli vəziyyət yaradılıb. Poeziyasmda bir qədər çətinlik çəkiblər, amma nəsrdə elə sadələşdirmələr aparılıb ki, sanki, ilk əsərlərindən üzü bəri Cavidin dilində heç bir dəyişiklik, fərq, inkişaf olmayıb. Axı, tutaq ki, “Ana”yla “Xəyyam”ın dili eyni deyil, tamamilə fərqlidi. “Şeyx Sənan”la “Xəyyam” arasındakı fərq ciddidir. Cavidin dili sonralar xeyli zənginləşmişdi. Cavidin İstanbuldan yazdığı ilk məktubuyla son məktubunun dili arasında ciddi fərqlər var. İlk məktublarında bolluca fars, ərəb sözləri işlədib. Getdikcə bunlar hamısı türk sözləriylə əvəz olunub... Bu vaxta qədər Cavidlə bağlı çox işlər görüldü. Məqbərəsi quruldu, muzeyi yaradıldı, heykəli qoyuldu. Amma əsərləri özünün yazdığı kimi nəşr olunmadı. Nəhayət, indi ümid edirəm ki, bu beşcildlikdə əsərləri onun öz yazdığı şəkildə çap oluna biləcək. Çox təəssüf ki, bu beşcildlik gözlərimin də, özümün də yorğun vaxtıma düşdü. Allahdan arzum budur ki, bu işi axıra çatdırmaqda mənə kömək olsun.

- 1937-d ildən sonra ilk dəfə Cavidin şeirini Zərgərpalan küçəsində necə eşitməyiniz çox maraqlıdı...

- Hə... çox maraqlıdı. Sovet küçəsində olan evimizin 10 kvadratmetrlik ərazisi vardı. Damı eləydi ki, bir az yağış yağanda evdə iki adamın yatması mümkün olmurdu. Yağışlı havalarda mən Həbibəgildə qalırdım. 1952-ci ildi. Babanın həbsindən 15 il keçmişdi. Yağış yağırdı. Gecəni Həbibəgildə qalmışdım. Bir az gec yuxuya getdim. Hava çox mülayimdi deyə, pəncərəni açıq qoymuşdum. Gecənin bir aləmi küçədən bir dəstə gəncin keçdiyini gördüm. Yəqin ki, qonaqlıqdan gəlirdilər. Gənclərdən biri o yağışlı küçədə Şeyx Sənanın Gürcüstana gəlişindəki ilk monoloqu: “İştə Qafqaz! Səfalı bir məva” misrası ilə başlayan parçanı uca səslə söyləyirdi. Getdikcə səs uzaqlaşdı... Səhər Həbibəyə, sonra anaya dedim bu təsirli hadisəni. Sevinirdim ki, on beş ildən sonra Cavidin şeirləri adamların yadında qalıb.

- Oxuyub unuda bilmədiyiniz kitab varmı?

- Suat Dərvişin “Heç biri” romanını 40-cı illərdə radioda işləyərkən oxumuşam. Ən gözəl romanlardan biriydi. Bir dəfə Həbibə dedi ki, Səlim bəyi küçədə görüb. Sonra həmin adamı mən də gördüm. Eynən Səlim bəyə oxşayırdı.

- Hədiyyə məsələsində çox vasvasısınız?

- Düz deyirsən. Rəğbət bəslədiyim adamın hədiyyəsini məmnuniyyətlə qəbul etsəm də, əgər həmin hədiyyə mənə lazım deyilsə, onu mütləq rəğbət bəslədiyim digər adama bağışlayıram. Yox, əgər hədiyyə verən rəğbət bəsləmədiyim adamdırsa, hədiyyəsini qəbul etsəm də, onun verdiyini mütləq rəğbət bəsləmədiyim digər bir adama verirəm.

- Heç kəsdən hansısa problemin həlli üçün xahiş etmirsiniz. Bəlkə yanılıram, hər halda, kiməsə kiminçünsə xahiş etdiyinizi görməmişəm.

- Ona görə yox ki, xahiş etmək istəmirəm, sadəcə ona görə ki, sözümün yerə düşməsindən qorxuram. Bu mənə ölüm kimi təsir edər. Ancaq bir dəfə tanışlardan birinin təhsil məsələsilə əlaqədar problemi vardı. Təhsil nazirindən xahiş etdim. Məsələ dərhal həll olundu. Ertəsi gün, xahişlərini etdiyim həmin adamlar evə gəldüər. Görürəm, mənə bir qutu uzadırlar. Bir dəst brilyant gətirmişdilər. “Götürün, elə etməyin ki, münasibətlərimiz elə bu gün kəsilsin”, - deyib hədiyyələrini qaytardım.

- Çünki damarlarınızda əfəndi Cavidin qanı axır, ona görə?

- Bəlkə də bu, genetik bir xüsusiyyətdir. Ancaq o adamlar məni tanısaydılar bilərdilər ki, qulağımda sırğa yeri yoxdur. Ömründə sırğa taxmayan bir adama sırğa hədiyyə etmək nə deməkdi?

- 1937-ci ilin sentyabrından sonra İstiqlaliyyət küçəsindəki evinizə bir də nə vaxt qayıtdınız?

- 1971-ci ildə mənə “Əmək igidliyinə görə” medalını vermişdilər. Medalı almaq üçün bu binaya gəldim, icazə alıb üçüncü mərtəbəyə - evimizə qalxdım. O zaman bizim otaqlarda dövlət təltiflərini, medal və diplomları saxlayırdılar.

- Hansı hissləri keçirdiniz?

- Evə tələsirdim ki, bunu Anaya xəbər verim...

- Səməd Vurğun barədə danışaq. Səməd Vurğunun 1937-d ildə Cavidə həsr elədiyi “Səadət düşməni” şerini sanki ona güzəştə getmisiniz. Bunu ona görə deyirəm ki, Səməd Vurğunun adına həmişə həssas yanaşdığınızı müşahidə edirəm. 37-ci ildən sonra onu ilk dəfə harda gördünüz?

- 1946-a ildə Həbibənin toyunda. Bilirsən, Həbibənin qardaşı Ənvər Məmmədxanlıya, xalası oğlu Rəsul Rzaya görə Səməd Vurğun, Mehdi Hüseyn, Cəfər Cəfərov, Mehdi Məmmədov da həmin toyda iştirak edirdilər. Toyda kimsə məni Səməd Vurğuna təqdim etdi. Hiss olundu ki, məni görəndə tanımayıb. Çox mütəəssir oldu. Sonra isə Cavid bəraət alanda Səməd Vurğun xəstəydi. Anaya böyük ehtiram bəslədiyini həmişə hiss edirdik. O dövrdəki adamları indi qınayırlar, amma maraqlıdı, bu adamlar onda yaşasaydılar, necə davranardılar. Bəlkə də çox pis hərəkət edərdilər...

- Cavidlə bağlı gerçəkləşməyən arzularınız qalıb, yoxsa hər şey tamamlandı?

- Hər halda, “İblis”in rejissor Sturua tərəfindən səhnələşdirilməsini istərdim.

- Nə üçün məhz “İblis”?

- Əgər “İblis” bir film olaraq dünyaya çıxmasa, deməli, Cavidin dünyaya çıxması mümkün olmayacaq.

- Stalinin ölüm xəbərini necə eşitdiz?

- Evimizdə radio vardı. Stalinin səhhətinin pisləşdiyini az qala bir saatdan bir xəbər verirdilər. 1953-cü il martın 5-də səhər yuxudan oyananda anadan eşitdim bu xəbəri, ilk dediyim sözü xatırlayıram: “gəbərdi”. O vaxt, hətta bəzi ailələr vardı ki, özləri 37-ci ilin qurbanı olmuşdular, hətta onlar da ağlayırdı. Qəribəydi, mən inanırdım ki, Stalin öləndən sonra çox şey dəyişiləcək.

- Turan xanım, eşitdiyimə görə Hacı Zeynalabidin Tağıyevin qızı Sara Tağıyeva ilə isti münasibətləriniz olub?

- Sara xanıma əsasən Vəli Məmmədov, Nərmin xanım, Kamran Dadaşov və mən baş çəkərdik. Bir dəfə Sara xanımdan nə üçün rusa ərə getməsinin səbəbini soruşdum. Cavab verdi: - Bizi şəhərdən çıxarırdılar, ona görə rusa getmişdim.

- Sara xanımın əri rusdu?

- Bəli, Sarayev Nikolay adlı bir rus. Sara xanım marksist idi. Marksizmə dair elmi əsərlər yazırdı. Yazdıqlarının bir vaxt bəraət alıb almayacağını tez-tez soruşardı?

- Sizə əcaib bir sual vermək istəyirəm...

- Buyur.

- 26-lara münasibətiniz?

- Azər Sarabski deyirdi: - “Getsinlər qurban olsunlar ingilis gülləsinə ki, adam olub çıxdılar adam içinə”.

- Tale sizə çox kinayə edib...

- Birindən heç olmaz.

- O hansıdır?

- Bizə bu evi verdilər və fevralın iyirmi altısında bura köçdük. Qərara gəldik ki, hər il fevralın 26-nı Ananın ad günü kimi keçirək. Bədbəxtlikdən Xocalı müsibəti də fevralın 26-na düşdü və mən bir daha Anamın ad günlərini qeyd etmədim.

- Milliyyətçi kimi tanınırsız...

- Milli qeyrəti olmayan adamların mənim üçün heyvandan fərqi yoxdur.

- Daha çox kimə ehtiyac duyursunuz?

- Ərtoğrula.

SON
http://turaninfo.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.