Vartanovdan önəmli etiraf: Qərb Qarabağ müharibəsi zamanı Ermənistanı silahla təchiz edib

16-12-2017, 22:12           

"Mənim toyumda hamı Qərbdən gələn təyyardəki silahları boşaltmağa getmişdi".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsini yaradan Vova Vartanov "lragir.am" saytına müsahibəsində bildirib.

Ermənistan-NATO münasibətlərinə toxunan Vartanov müsahibəsində bir sıra önəmli məsələlərə toxunaraq etiraflar edib. O, Ermənistan üçün Rusiyanın dəfələrlə etibarlı tərəfdaş olmadığını deyib.

"Rusiya istər bizə, istərsə də dünyaya dəfələrlə nümayiş etdirib ki, o, kifayət qədər güvəniləsi tərəfdaş deyil. Biz də yeni yollar axtarırıq. Rusiya həmişə indi olduğu kimi olub. Bu istənilən çarın dövründə belə olub. Bu SSRİ vaxtında, gürcü rəhbərin (Stalin nəzərdə tutulur-red) dövründə, eyni zamanda sərxoş Yeltsinin və KQB üzvü Putinin dövründə də belə olub. Rusiya hər zaman öz maraqları ilə hərəkət edir və bu normaldır. Ola bilər bəzi hallarda onun maraqları bizim maraqlarla üst-üstə düşməsin, bunu dərk edən rəhbərlik isə, yeni hardasa başqa yerlər axtarır", - deyə Vartanov bildirib.

Jurnalistin "Bu günlərdə yeni silahlanmanın nümayişi oldu. Ermənistanın hansı yeni silahları var. Ermənistan indi hansı silahları idxal edə bilir?" sualına Vartanov bu şəkildə cavab verib: "Mətbuatdan raket buraxılışı məlum oldu, qalanları barədə məlumatım olsa da deyə bilmərəm, çünki bu barədə danışılmır".

Müsahibə zamanı Vartanov Qrabağ müharibəsi zamanı Qərb ölkələrindən Ermənistana silah çatdırılması barədə önəmli detala toxunub.

"Biz təcrid olunman yarmaq (silah əldə etmək - red) üçün 1991-ci ildə cəhd etmişik. O zaman mənim toyum olarkən hamı Qərbdən gələn təyyarədəki silahları boşaltmağa getmişdi. Türklərə (azərbaycanlılar -red) minlərlə silah verirdilər, bizə isə yox. Bu barədə bir az daha dəqiq desək 1991-ci ildə SSRİ-nin yeni dağılan zaman, 1991-ci ilin dekabr ayının sonlarında bizim hakimiyyət Qərbdən silah almışdı", - deyə Vartanov etiraf edib.

Rusiyadan silah alınması məqsədilə kredit müqavilələrinin bağlanmasına toxunan keçmiş erməni komandir əldə ediləcək texnikaların Qərb modellərindən geri qaldığını qeyd edib:

"Elan olunan siyahıya görə əldə ediləcək texnikalar çox normaldır. Bəli onlar bəzi qərb silah texnikasından geri qalır. lakin bu silahlar qərb analoqlarından 10 dəfə ucuzdur. Əgər dərk etsəydi ki, biz tez-tez təyyarə vurulduqdan sonra olduğu kimi onların ucbatından çətin hərbi vəziyyətə düşürük, o zaman Rusiya çox yaxşı intizamlı qız olardı. Rusiya bizə borc həmdə kreditlə yox, qarşılıqlı hərbi əməkdaşlıq çərçivəsində Amerikanın İsrailə verdiyi kimi silahlar verməlidir. Qısa desək, Rusiya pulu çox sevir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.