Bələdiyyələrin səlahiyyətinin artırılması yerli icra hakimiyyətlərinin ləğvinə səbəb ola bilərmi?

4-01-2018, 14:35           
Bələdiyyələrin səlahiyyətinin artırılması yerli icra hakimiyyətlərinin ləğvinə səbəb ola bilərmi?
“Yerli idarəetmədə bələdiyyələrin çox mühüm rolu var”.

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki,vaxtaşırı olaraq bələdiyyələrlə bağlı qanunvericilik təkminləşdirilir, onların fəaliyyətinin yeni istiqaməti müəyyənləşdirilir. “Yerli idarəetmədə yeni keyfiyyət dəyişikliyi yaradılır. Şübhəsiz ki, bütün bunlar əhalinin problemlərinin həllinə yardım göstərməklə yanaşı yerli iadəetmə orqanlarının inkişafına gətirib çıxarır. Azərbaycanda bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları parallel strukturlar deyil. Başqa dövlətlərə nəzər salsaq görərik ki, seçkili yerli strukturları ilə bərabər dövlət tərəfindən müəyyənləşmiş inzibati idarəetmə orqanları var. Onların fəaliyyəti kəsişmir. Azərbaycanda bələdiyyə yeni formalaşmış inistitutdur. Onun inkişaf etdirilməsi və gələcəkdə daha effektiv fəaliyyət göstərməsi üçün bələdiyyələrlə bağlı qanunlar təkminləşdirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru