Kasparov: Putinin süqutuna yalnız “geosiyasi məğlubiyyət” gətirib çıxara bilər

22-03-2018, 09:14           

Vladimir Putinin tanınmış tənqidçisi, şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov hesab edir ki, seçkilərdə qəti qələbə çalmış Rusiya prezidentinin hakimiyyətdən getməsinə daxili etirazlar deyil, onun “geosiyasi məğlubiyyəti” gətirib çıxara bilər.

“Rusiya faşist ideologiyasının elementlərinin bir çoxunu açıq şəkildə özündə ehtiva edən və öz qonşularına hücum edən şəxsi diktaturadır. Bu diktaturaya səsvermənin köməyi ilə son qoymaq olmaz. Hər şey üzərində total nəzarət və hakimiyyətdən yapışmaq Rusiyada elə bir yerə gəlib çatıb ki, rejim özü geosiyasi məğlubiyyət nəticəsində zəifləməyənə qədər, onun süqutuna gətirib çıxara biləcək ictimai üsyanı gözləmək mümkün deyil”, Kasparov Los Angeles Times qəzetinə müsahibəsində bildirib.

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində səs vermək üçün Moksvada səsvermə məntəqəsində gəlir, 18 mart, 2018.
Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində səs vermək üçün Moksvada səsvermə məntəqəsində gəlir, 18 mart, 2018.
Kasparovun fikrincə, “Putin hakimiyyətinin iflası qaçılmazdır, amma bu o demək deyil ki, avtomatik olaraq ertəsi gün Rusiyada nüfuzlu demokratiya meydana gələcək”.

“Mən zəmanət verə bilərəm ki, Putin hakimiyyətdə qalana qədər heç bir şey baş verməyəcək. Müsbət dəyişikliklər olmayacaq. Üstəlik, biz öz fiziki təhlükəsizliyinə görə daha çox narahat olan diktator-paranoik görəcəyik. Keçmişin diktatorlarından fərqli olaraq, o, barmağını nüvə düyməsinin üstündə saxlayır. Ən azından son bir neçə ayda eşitmək olurdu ki, o, nüvə münaqişələrinin mümkünlüyü barədə fikirləşir. O elə bir məqama gəlib çatıb ki, özünün hakimiyyətdə olmadığı bir dünyanı görə bilmir. Bu da olduqca təhlükəlidir”, Kasparov müsahibəsində deyib.

Kasparovun fikrincə, çıxış yolu ondan ibarətdir ki, Putinə Qərblə münasibətlərinin saxlanmasında maraqlı olan Rusiya oliqarxları tərəfindən dəstək sarsıdılmalıdır.

“Qərb hadisələrin bu olduqca təhlükəli inkişafının qarşısını ala bilər, o yolla ki, onun ən yaxın silahdaşlarının bəziləri qarşısında bir tərəfdən öz şəxsi maraqları və Rusiyanın hüdudlarından kənarda sərvətlərinin qorunması, digər tərəfdən isə Putinin cinayətkar əmrlərini yerini yetirmək arasında bir seçim etməli olsunlar”, Kasparov bildirib.

“Biz Putin və Rusiya elitası arasında parçalanmanı o zaman görə biləcəyik ki, azad dünya həqiqətən də bizim dəyərlərimiz uğrunda mübarizədə siyasi iradəsini nümayiş etdirsin və bizim Amerikada, ya da Avropada seçkilər, ya da Allah göstərməsin, Amerikanın enerqo sisteminə hücum kimi maraqlarımıza qarşı hər hansı bir hücuma cavabın sarsıdıcı olması üçün hər şeyi etsin”, Kasparov müsahibəsində deyib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.