“Bəziləri Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd ilə manipulyasiya etməyə cəhd göstərirlər”

5-07-2018, 12:09           
“Bəziləri Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd ilə manipulyasiya etməyə cəhd göstərirlər”
“Son günlər əhalinin elektrik enerjisi və su ilə təminatında, habelə bundan qaynaqlanaraq bir sıra digər kommunal sferalarda yaranmış problemlər artıq öz həllini tapmaqdadır. Ajiotaj üçün heç bir əsas yoxdur”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Elman Nəsirov bildirib. Millət vəkili bildirib ki, həllini gözləyən bütün məsələlər cənab prezidentin tam nəzarətindədir: “Bununla bağlı xüsusi Dövlət Komissiyası da yaradılıb. Yaranmış problemlərin səbəb və motivləri araşdırılır və bundan irəli gələn təxirəsalınmaz tədbirlər görülməkdədir. Heç şübhəsiz, günahkarlar cəzalandırılacaq. Bu həqiqəti bir aksiom kimi qəbul etmək lazımdır. Mənə bu sətirləri yazmağa vadar edən başqa bir məsələyə mövqe bildirmək istəyirəm. Bəzi radikal ünsürlər baş vermiş bu kommunal problemlərə siyasi don geydirmək istəyir, rəngləri tündləşdirir, özləri üçün dividentlər əldə etməyə çalışırlar. Hətta bəziləri bir qədər də irəli gedib Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd ilə də manipulyasiya etməyə cəhd göstərirlər.
Əvvəla, onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, belə antimilli ünsürlərin Azərbaycanı xaosda görməklə bağlı arzuları həmişə olduğu kimi, yenə də gözlərində qalacaq. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət var. Vətəndaş həmrəyliyi mövcuddur. Xalq hakimiyyət birliyi sarsılmazdır. Xalq öz prezidentinin arxasındadır. Prezident də yalnız öz xalqına güvənir və onun mənafeyindən çıxış edir. Sabitliyimizin əsasında duran əsas amil də məhz bununla bağlıdır. Öz-özlüyündə ciddi narahatlıq doğuran son kommunal problemlər belə, məlum həqiqəti bir daha təsdiqlədi ki, xalq dövlətimizin başçısına inanır, güvənir və onun iradəsini müdafiə edir.

Elmar Vəliyevi hədəf seçənlər isə unutmasınlar ki, onlar tarixdə qara ləkə olaraq qalacaqalar. Layiqlı cəzalarını alacaqlar. İctimai qınaq obyekti olacaqlar. Gəncəni inkişafdan yayındıra bilməyəcəklər. O inkişafdan ki, onun təminatında Elmar Vəliyevin xidmətlərinin olduğu danılmaz həqiqətdir. Elmar müəllimə can sağlığı diləyir və yenidən sevərək xidmət göstərdiyi işinin başında olmağı arzulayıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.