Nazim Süleymanov: "Qarabağ"la oyunda penalti var idi, top rəqibin əlinə dəymişdi"

15-09-2018, 08:25           
Nazim Süleymanov: "Qarabağ"la oyunda penalti var idi, top rəqibin əlinə dəymişdi"
“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm və Avropa Liqasında uğurlar arzu edirəm. Oyuna gəlincə, bu rəqiblə oynamaq çətindir və şərəflidir. Futbolçularım yaxşı keyfiyyətlərini ortaya qoydular, onlardan razıyam. İrəli baxmaq lazımdır”.

"Report"un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının IV turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Bu gün kifayət qədər əsəbi görünürdünüz. Bunun səbəbi nədir?

- Bu, məğlubiyyətlə bağlı deyil. Futbolçular əziyyət çəkir, güclərini ortaya qoyur. Hakim idarəçiliyi nəticəyə təsir etdi. Siz də gördünüz ki, penalti var idi. Epizoda baxmağa ehtiyac yox idi, top rəqibin əlinə dəymişdi. Sadəcə, futbolçuların haqqını yemək düzgün deyil. Hakim futbolçuların çəkdiyi zəhməti yerə vurdu.

Yusif Nəbiyevin qırmızı vərəqə alması komandanı pis vəziyyətə qoydu. Ona hansısa cəza verəcəksiniz?

- Cəza olacaq. Həmin epizodda əllə oynamaq olmazdı. Ona dedik ki, ehtiyalı olmalısan.

“Sumqayıt” çempionatın ən intizamsız komandasıdır. 4 oyuna 3 qırmızı vərəqə almısınız. Bu, nə ilə bağlıdır?

- Bəli, bu, intizamsızlıq kimi görsənə bilər. Futbolçularım daha diqqətli olmalıdırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.