İran Hind okeanında Rusiya və Omanla birgə hərbi dəniz təlimləri keçirir

21-10-2024, 15:04           
İran Hind okeanında Rusiya və Omanla birgə hərbi dəniz təlimləri keçirir
İranın dövlət televiziyası bildirib ki, İran şənbə günü Hind okeanında Rusiya və Omanın iştirak və daha 9 ölkənin müşahidə etdiyi hərbi dəniz təlimlərinə başlayıb.

Bildirilib ki, iştirakçılar beynəlxalq dəniz ticarəti təhlükəsizliyini təmin etmək, dəniz marşrutlarını qorumaq, humanitar tədbirləri gücləndirmək və xilasetmə əməliyyatları haqqında məlumat mübadiləsi aparmaq üçün taktikaları sınaqdan keçirəcəklər.

“IMEX 2024” adı verilən təlimlər “regionda kollektiv təhlükəsizliyi gücləndirmək, çoxtərəfli əməkdaşlığı genişləndirmək və sülh, dostluq və dəniz təhlükəsizliyini qorumaq üçün xoşməramlılıq və imkanları nümayiş etdirmək” məqsədi daşıyır”- deyə, ingilisdilli Press TV məlumat verib.

Təlimlər İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsinin qızışdığı və Yəməndə İranın dəstəklədiyi husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücum edərək cavab verməsi ilə bölgədə gərginliyin artdığı bir vaxta təsadüf edir.

İran ABŞ ilə regional gərginliyə cavab olaraq Rusiya və Çinlə hərbi əməkdaşlığını artırıb.

Mart ayında İran, Çin və Rusiya Oman körfəzində beşinci birgə hərbi dəniz təlimlərini keçirib. Hazırda təlimləri müşahidə edən ölkələrə Səudiyyə Ərəbistanı, Qətər, Hindistan, Pakistan, Banqladeş və Tayland daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.