Britaniya ticarət sazişi bağlamadan Aİ-dən çıxsa 47,5 mlrd dollar dəbbə pulu ödəyəcək

17-10-2018, 08:57           
Britaniya ticarət sazişi bağlamadan Aİ-dən çıxsa 47,5 mlrd dollar dəbbə pulu ödəyəcək
Böyük Britaniya "Brexit" üzrə danışıqlarda ticarət razılaşması barədə razılığa gələ bilməyəcəyi təqdirdə Avropa İttifaqından (Aİ) çıxmağa görə 36 milyard funt sterlinqə qədər (47,5 milyard dollar) dəbbə pulu ödəməli olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Birləşmiş Krallığın maliyyə Naziri Filip Xammonda istinadən "Tha Daily Telegraph" nəşri yazıb.

Məlumata görə, nazir çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında bildirib ki, Böyük Britaniya ticarət sazişi imzalanmadan Aİ-dən çıxacağı təqdirdə yalnız 3-9 mlrd funt sterlinq (4-11,9 mlrd. dollar) qənaət etmiş olacaq.

Bundan əvvəl Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə "Brexit" üzrə danışıqlardakı əsas əngəllərdən birini təşkil edən İrlandiya sərhədinə dair yeni təklif vermək şərtindən vaz keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru