“Qarabağın müstəqillik istəyini…” – Suriyanın dini lideri sərsəmlədi

17-10-2018, 21:23           
“Qarabağın müstəqillik istəyini…” – Suriyanın dini lideri sərsəmlədi
Suriyanın ruhani lideri Şeyx Əhməd Bədr əd-Din Hassun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı cəfəng iddia ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən din adamı Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə haqq qazandırıb.

Şeyx Əhməd öz cəfəng iddiasını belə dilə gətirib:

“Burada nəyin müzakirə edildiyini bilmirəm. Şəxsən mən, Qarabağı və burada yaşayan insanların müstəqillik istəklərini dəstəkləyirəm. Qarabağ münaqişəsinin dini məsələ olmadığını da vurğulamaq istəyirəm. Bu münaqişənin əsas səbəbi xalqın iradəsidir və bu gözardı edilməməlidir”.

Suriyalı lider bundan əvvəl 2011-ci ildə də, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini “erməni ərazisi” adlandırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.