Tramp Səudiyyə Ərəbistanını çox mühüm müttəfiq adlandırıb

18-10-2018, 06:38           
Tramp Səudiyyə Ərəbistanını çox mühüm müttəfiq adlandırıb
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın çox mühüm müttəfiqidir.

"Report"un məlumatına görə, bu barədə o, "Fox Business" telekanalının efirində bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu ölkənin hakimiyyəti terrorçuluğa və İranla qarşıdurmada Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş qismində çıxış edir.

ABŞ rəhbəri həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ-dan milyardlarla dollar silah almağa hazırdır. Bu da ölkədə çoxlu sayda iş yerlərinin yaradılmasına imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru