ABŞ səfirinin İrəvan çıxışı Zaxarovanı əsəbiləşdirdi

18-10-2018, 08:38           
ABŞ səfirinin İrəvan çıxışı Zaxarovanı əsəbiləşdirdi
ABŞ səfiri Ermənistanın daxili işinə qarışmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. XİN sözçüsü Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfir Riçard Milsin çıxışından təəssüfləndiyini bildirib.

Zaxarova qeyd edib ki, diplomat sonradan sözlərinə düzəliş etməyə çalışıb, lakin artıq gec idi.

Qeyd edək ki, amerikalı səfir çıxışında bunları deyib: “Mən ABŞ hökumətinin və səfirliyinin Ermənistanda dəyişliklərə dəstək verdiyini düşünmək istəyirəm. Təşəkkür edirəm ki, son onilliklərdə korrupsiyaya qarşı mübarizə aparan səslərin, eləcə də bir qrup insanın və hökumət rəsmilərinin Ermənistanı ədalətli etmək yolunda səyləri dəstəklənmişdir”.

Bundan əlavə, xüsusi olaraq qeyd edək ki, Riçard Mills “İşğal edilmiş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil” deyə açıq bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru