Lavrov təsdiqlədi: yeni müharibə meydanı və AZƏRBAYCAN… - ŞOK FAKT

18-10-2018, 12:17           
Lavrov təsdiqlədi: yeni müharibə meydanı və AZƏRBAYCAN… - ŞOK FAKT
Moskva İŞİD terror qruplaşmasının döyüşçülərinin amerikalılar tərəfindən İraq və Əfqanıstana daşınması haqqında məlumatları tez-tez əldə edir.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib.

“Bizdə tez-tez faktlar meydana çıxır ki, amerikalılar İŞİD döyüşçülərini İraq və Əfqanıstana daşıyırlar. Bu, həyəcanlı faktlardır”, - Lavrov qeyd edib.

Daha əvvəl Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy “RİA-Novosti” agentliyinə bildirib ki, İŞİD döyüşçüləri Əfqanıstanın şimal rayonlarında, yəni Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər.

“Hərçənd amerikalılar bunu inkar edirlər, amma əfqan hakimiyyəti bütovlükdə etiraf edir ki, ölkənin şimalına İŞİD döyüşçülərinin axını var. Onlar bilmirlər ki, nə qədər döyüşçü var, lakin döyüşçülər Suriya və İraqdan gedirlər. Döyüşçülərin çox hissəsi əcnəbilərdir. Fərqlənmə nişanları olmayan helikopterlər Əfqanıstanın hava məkanında uçurdular. Yerli siyasətçilər bildirirlər ki, onlar İŞİD döyüşçüləri daşıyır, həmçinin onları ərzaq və döyüş sursatları ilə təchiz edirdilər”, - səfir deyib.

Daha əvvəl isə İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru