Almaniya qoşunları daha bir il ərzində Suriya və İraqda qalacaq

19-10-2018, 06:44           
Almaniya qoşunları daha bir il ərzində Suriya və İraqda qalacaq
Bundestaq Almaniya silahlı qüvvələrinin Suriya və İraqda ABŞ-ın rəhbərlk etdiyi koalisiyanın tərkibində İŞİD terror təşkilatına qarşı mübarizədə iştirak müddətini 31 oktyabr 2019-ci il tarixinədək uzadıb.

"Report" DPA-ya istinadən xəbər verir ki, missiya kəşfiyyat fəaliyyəti, havada yanacaq doldurmaq, qərargahlar üçün kadr təminatı kimi tapşırıqlarda iştirak etməkdə Suriya və İraqda terrorçulara qarşı mübarizədə beynəlxalq koalisiyaya dəstəyini davam etdirəcək.

Onlar həmçinin iraqlı həmkarlarının təlimatını davam etdirəcəklər.

Missiyaya təqribən 800 hərbçi cəlb olunub.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru