Putin böyük təhdiddən danışdı: “Əməliyyatı buna görə başladıq”

19-10-2018, 07:09           
Putin böyük təhdiddən danışdı: “Əməliyyatı buna görə başladıq”
"Terrorizm təbii ki, bizim ölkəmiz üçün də böyük təhdiddir"
“Rusiya demək olar ki, Suriyanın bütün ərazisini azad edib və dövlətin dağılmasının qarşısını alıb”. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında sualları cavablandırarkən bildirib.

"Birincisi, biz praktiki olaraq Suriya Respublikasının 95%-ni azad etdik. İkincisi, orda dövlətçiliyi qoruduq, dövlətin dağılmasının qarşısını aldıq" – deyə Putin qeyd edib.

Putin eyni zamanda qeyd edib ki, Rusiya Suriyada əməliyyatlara terrorizm təhdidlərinə görə başlayıb: "O (terrorizm), təbii ki, bizim ölkəmiz üçün də böyük təhdiddir. Məhz buna görə də, biz Suriyada aktiv əməliyyatlara başladıq. Terrorizm bizim qonşu ölkələrə, həmçinin Əfqanıstan üçün ciddi təhdiddir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru