Ukrayna Saakaşvilinin yolu ilə gedir – Putindən xəbərdarlıq

19-10-2018, 07:29           
Ukrayna Saakaşvilinin yolu ilə gedir – Putindən xəbərdarlıq
Ukraynanın mövcud hakimiyyəti Gürcüstan torpaqlarını itirən keşmiş prezident Mixail Saakaşvilinin yolu ilə gedir.Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı deyib.

“Ukrayna hakimiyyəti indi etdikləri ilə sadəcə vəziyyəti çıxılmaz etmir. Onlar eyni zamanda xalqa və dövlətə qarşı siyasət yürüdürlər. Lap bir zamanlar Saakaşvilinin Cənubi Osetiyaya hücum edərək Gürcüstanda həyata keçirməyə çalışdığı siyasət kimi… Bu cinayət əməlləri nəticəsində Gürcüstan böyük torpaqlar itirdi. Bu, Saakaşvlinin təxribatlarının, işlərinin nəticəsidir.”, – deyə Kreml rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru