Rusiya şirkətləri sanksiyalardan qorunmağın yollarını arayır –Dollarsız ticarətlə bağlı xarici partnyorlarla razılaşma əldə olunub

20-10-2018, 07:03           
Rusiya şirkətləri sanksiyalardan qorunmağın yollarını arayır –Dollarsız ticarətlə bağlı xarici partnyorlarla razılaşma əldə olunub
Bir çox böyük Rusiya şirkəti xaricdə dollardan istifadə etmədən iş görməyin yollarını arayır. Buna səbəb ABŞ-ın Rusiya şirkətlərinin beynəlxalq bank sisteminə çıxışını əngəlləyən sanksiyaları artıracağına dair hədəsidir.

Kreml dollardan asılılığı azaltmaq məqsədilə şirkətlərə fərqli valyutlarla iş görmələri üçün təzyiq göstərir. Dünyanın karat baxımından ən böyük almaz istehsalçısı Rusiyanın “Alrosa” şirkəti yayda çinli müştəri ilə yuan, hindistanlı müştəri ilə isə dollar olmayan fərqli vlayuta üzərindən razılıq əldə etdiyini bildirib.

“Surqutnefteqaz” enerji şirkəti, “Rusaqro” kənd təsərrüfatı şirkəti və “Norilsk Nikel” mədənçisi də bənzər tranzaksiyalar üzərində işləyir.

Bu həftə Rusiyanın mərkəzi bankı bildirib ki, dollarla aparılmayan tranzaksiyaların sayı artıb və Rusiya-Çin, Rusiya-Hindistan arasında ticarətin 10-20 faizi artıq rubl üzərindən aparılır. Böyük şirkətlər hələ də dollarla aparılan razılaşmaldan asılıdır və Rusiya xarici gəlirininin böyük hissəsini dollarla satılan neftdən əldə edir.

Bundan əlavə isə bankirlər deyir ki, ABŞ sanksiyalarına əsasən, ABŞ-ın aktiv olduğu xarici banklar hətta dollarla aparılmayan tranzaksiyalarla da ehtiyatlı olmalıdır.

Birləşmiş Ştatlar və onun müttəfiqləri 2014-cü ildə Moskvanın Krımı ilhaq etməsindən sonra Rusiyaya sansksiyalar tətbiq edib. Avqust ayında Vaşinqton Moskvanı Britaniyada sabiq rus casusu və qızına qarşı sinir qzından istifadə etməkdə ittiham edəndən sonra əlavə tədbirlər barədə xəbərdarlıq edib.

Noyabr ayında elan olunacağı gözlənilən yeni sanksiyaların dollarla aparılan əməliyyatları hədəf alacağı gözlənilir.

(Amerikanın səsi)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.