Əjdər Tağızadə İsmayıl Ağayevi "cinayətkar" adlandırdı - Belə adamların namizədliyi Azərbaycan qanunlarına təhqirdir.

15-10-2015, 12:02           
Əjdər Tağızadə İsmayıl Ağayevi "cinayətkar" adlandırdı - Belə adamların namizədliyi Azərbaycan qanunlarına təhqirdir.
Redakisyamıza telefon açan bütöv Azərbaycan sevdalısı, əski hərəkatçı, Dünya Azərbaycanlıları Konqresinin (DAK) idarə heyətinin üzvü,məşhur cənublu söydaşımız Əjdər Tağızadə seçki və seçkidə namizədliklərini verən namizədlərlə bağlı fikirlərini söylədi. Düzdür onun fikirləri əsasən 60 saylı Salyan Neftçala Seçki Dairəsindən namizədliyini irəli sürmüş İsmayıl Ağayev barəsindədir.
Əjdər Tağızadə:
-Bilirsiniz mən indi deyəcəyim sözlərin hamısını İsmayıl Ağayevin üzünə demişəm. O çinayətkardır. Onu Azərbaycan hüquq mühafizə orqanları tutublar. Onun haqqında rəhmətlik Heydər Əliyev deyib ki, bu Azərbaycanda ən təhlükəli cinayətkardır. Bunun hər şeyi saxtadır. Qudurluğa rüşvətə görə həbs edildi. Bu o qədər yatandan sonra çıxdı, Əhmədin buna yazığı gəldi yanına götürdü. Əhmədin ürəyini partlatdı. Satdı bütün torpaqları. Hardandır bu qədər pul onda?
Bir məsələn deyim. Bu adam saxta sənədlərlə İsveçli bir həmvətənimizə dəniz qırağında torpaq satıb. İndiyə qədər o sənədlər həmvətənimizin əlindədir.
Belə cinayətkar adamların hətta özlərini Millət vəkilliyinə namizədliyini verməyi Azərbaycan dövlətinə və dövlətçiliyinə təhqirdir. Ayıbdır, vallah ayıbdır.
İndi başının üstünə asıb Heydər Əliyevin şəklini, amma xarıcə çıxanda privat söhbətlərdə deyir ki, Heydər Əliyev mənim həyatımı məhv etdi. Quldur idin, layiqli cəzanı aldın. İndi də millətçilikdən, türkçülükdən dəm vurur bu adam. Harası millətçidir, harası türkçdür. Bunun türkçülüyü saxtadır. Deyirlər ki, kürddür. Amma mən dəqiq deyə bilmərəm. Çünki bilmədiyim şeyi təsdiq edə bilmərəm. Lakin nədənsə Azərbaycandan qıraqda elə kürdlərlə dolaşır. Elə o İqdirdə bir dostu var, onu tez tez reklam edir. ASİMDER – dir nədir onu deyirəm. Kürdləri yığıb başına. Elə bizim mətbuatda onların bir çox qaranlıq hərəkətləri haqda materiallar getdi.
Mən şəxsən müşahidə etmişəm, “Boz qurd” nişanını görəndə necə qanı qaralır.
Gəldi özünü soxuşdurdu DAK-a, min bir fırıldaqdan çıxdı. Cinayətləri ilə DAK-ı çalxaladı, indi də namizədliyini verir deputatlığa. Özüdə yanna alıb bir Gürcüstan vətəndaşını, hansı ki, deyir yəhudiyəm. O Gürcüstan vətəndaşıdır. Aleksdir deyəsən adı. Gör nə qədər qudurublar ki, bu xarici vətəndaş burda İsmayıl Ağayevi təbliğ edir. MSK,DSK hara baxır. Axı bu bir başa qanun pozuntusudur. İsmayıl qanunları saymır bəyəm?
Nə isə onu demək istəyirdim ki, millət bilsin, İsmayıl Ağayev kimi cinayətkarların deputatlığa namizədliyi Azərbaycan dövlətinin qanunlarına, Azərbaycan dövlətinin quruluş fəlsəfəsinə təhqirdir.
Özümdə burdan birdə deyirəm, gəlsin bu dediklərimi bir bir ona sübut edim. Belə də, onsuzda mən bunların hamısını ona demişəm!
Sağ olun.
Beləliklə Əjdər bəyin birtərəfli monoloqu qurtardı.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.