ABŞ Qara dənizə desant gəmisi göndərib – «Kollektiv qərarlılığımızı təsdiq edir…»

7-01-2019, 08:02           
ABŞ Qara dənizə desant gəmisi göndərib – «Kollektiv qərarlılığımızı təsdiq edir…»
Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus «USS Fort McHenry» desant gəmisi Dardanel boğazından keçməklə, Qara dənizə daxil olub.

ABŞ Altıncı donanması mətbuat xidməti xəbər verib ki, gəmi Neapoldakı bazadan çıxaraq, 22-ci dəniz ekspedisiya qrupunun tərkibində şimal istiqamətində hərəkət edir.

Altıncı donanmanın komandanı vitse-admiral Liza Franketti bəyan edib ki, gəminin göndərilməsi bölgədə təhlükəsizliyin təmin olunması məsələsində ABŞ-ın qərarlı olduğunu nümayiş etdirir.

«Gəminin göndərilməsi Qara dənizdə təhlükəsizliyin təminatı məsələsində bizim kollektiv qərarlılığımızı təsdiq edir və bizim NATO üzrə müttəfiqlərimiz və bölgədəki həmkarlarımız arasında sıx münasibətlərin göstəricisidir» – xəbərdə belə deyilir.

Kerç boğazında Ukrayna gəmilərinin Rusiya tərəfindən saxlanmasından sonra, ABŞ Qara dənizdə öz iştirakının artırılması barədə ciddi düşünür.
azpolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru