İranın Xarici İşlər Nazirliyi ABŞ hərbçisinin həbsini təsdiqləyib

10-01-2019, 07:20           
İranın Xarici İşlər Nazirliyi ABŞ hərbçisinin həbsini təsdiqləyib
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi ABŞ vətəndaşı Maykl Uaytın saxlanıldığını təsdiqləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, XİN rəsmisi ABŞ vətəndaşının İranın şimal-şərqində, Məşhəd şəhərində saxlanıldığını deyib.

"İran Tehrandakı ABŞ Vətəndaşlarının maraqlarının qorunması Ofisi vasitəsilə Birləşmiş Ştatları ilk gündən Amerika vətəndaşının həbsi barədə məlumatlandırıb", - deyə Qasemi vurğulayıb.

"Daha əvvəl "The New York Times" ABŞ-ın Hərbi Hava Qüvvələrinin 46 yaşlı veteranı Maykl Uaytın İran həbsxanasında olduğunu xəbər verib.

Maykl Uayt 2018-ci ilin iyulunda qızına baş çəkmək üçün İrana gəlib. ABŞ-ın Kaliforniya ştatı sakininin nədə ittiham olunduğu məlum deyil.

ABŞ Dövlət Departamentindən bildirilib ki, M.Uaytın xaricdə saxlanılmasından xəbərdardırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.