SSRİ-yə qarşı vuruşmuş 7 litvalı partizan “Azadlıq” medalı ilə təltif edilib.
Axar.az RİA-ya istinadən xəbər verir ki, Yonas Çeponis, Yuozas Yakavonis, Yonas Kajenis, Yonas Abukauskas, Branislavas Yuospaytis, Vitautas Balsis və Yuozas Moçiusə Litva Seymində mükafatlar təqdim edilib.
Təltfietmə zamanı “Azadlıq” mükafatı komissiyasının nümayəndəsi Radvile Morkunayte Mikulenene sözügedən partizanları SSRİ işğalına qarşı mübarizə aparan azadlıq döyüşçüləri adlandırıb.
Partizanlardan biri Y.Kajenis isə vurğulayıb ki, allahsız bolevik işğalı yalnız Litva xalqının bədənini deyil, ruhunu da öldürdü.