Bu şərəfsizə nə zamana qədər dözüləcək? - Dövlət Komitəsi işə qarışa bilmir...

27-02-2019, 12:36           
Bu şərəfsizə nə zamana qədər dözüləcək? - Dövlət Komitəsi işə qarışa bilmir...
Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov haqqında mediada dəfələrlə mənfi məlumatlar yer alıb. Son olaraq, Moskvadakı “Neolit” restoranında çeçen-azərbaycanlı davasına səbəb olan erməni provokatorun mövqeyini müdafiə etməkdə də onun adı hallansı. Bu da onunla bağlı növbəti etirazlara səbəb oldu.

Bütün bunlar Ağadadaş Kərimovla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hər hansı addımın atılıb-atılmayacağı ilə bağlı sualı gündəmə gətirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən diaspor təşkilatları digər ölkələrdə olduğu kimi, həmin ölkənin mövcud qanunvericiliyinin tələbləri əsasında formalaşdırılır:

“Bu təşkilatlar bizim həmyerlilərimiz tərəfindən yaradılsa da, Dövlət Komitəsi ilə heç bir hüquqi bağlılığı olmur və rəhbərlərinin vəzifədən kənarlaşdırılması Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində deyil. Bu kimi proseslər təşkilatların daxili işidir və mövcud nizamnaməsinə uyğun olaraq həyata keçirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru