İrəvan Bakını suçladı, Kremlə müttəfiq deməyi isə “unutdu”

27-02-2019, 16:47           
İrəvan Bakını suçladı, Kremlə müttəfiq deməyi isə “unutdu”
İrəvan və Moskva münasibətlərini pozmaq qeyri-mümkündür.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının plenar iclasında çıxışı zamanı Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, iki ölkənin dövlət başçıları arasında dialoq intensiv şəkildə aparılır.

Mirzoyan iki ölkənin media məkanlarında şübhəli manipulyasiyalardan istifadə edilərək guya üçüncü ölkələrin Ermənistandakı hadisələri təhrif etdiklərini və yanlış təqdim etdiklərini bildirib.

Spikerin açıqlamasında ən maraqlı maraqlı məqam isə İrəvanın Rusiyanı “strateji müttəfiq” yerinə “strateji tərəfdaş” adlandırması olub:

“Ermənistan-Rusiya münasibətləri özəldir. Ermənistan Rusiyanı özünün strateji tərəfdaşı hesab edib. Bizim münasibətlərin gələcəkdə gücləndirilməsi və bu yolda mümkün baryerlərin aşılması bizim xarici siyasətin prioritetlərindən biridir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru