İrəvan 155 min dollarlıq silah satdığını iddia edir, amma…

27-02-2019, 16:59           
İrəvan 155 min dollarlıq silah satdığını iddia edir, amma…
Özünə umac ova bilməyən Ermənistan Bolqarıstana əriştə kəsir
Ermənistan 2017-2018-ci illər ərzində Bolqarıstana gömrük dəyəri 155 min dollar olan silah satdığını bildirib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvan satılan silahlar arasında snayper və avtomatlarla yanaşı, tank əleyhinə raketlər və s. kimi silah-sursatların da mövcudluğunu bildirib. Ermənistanın ən böyük silah ixracının isə 2014-cü ildə reallaşdığı iddia olunur. Məlumata görə, ermənilər həmin tarixdə Konqoya 1,5 milyon dəyərində silah satıb.

Məlumat üçün qeyd edək ki, öz ordusunu sadəcə ərzaqla deyil, həm də silah-sursatla təmin edə bilməyən Ermənistan bu sahədəki boşluqları doldurmaq üçün zaman-zaman Rusiyadan kredit yolu ilə müxtəlif silahlar alıb. Hansı ki, maliyyə durumu acınacaqlı olan Ermənistanın silahlanmaq cəhdi onun fantastik miqdarda borclanmasına səbəb olub.

Bundan başqa, İrəvanın rus şirkətlərinin ermənistanda silah zavodları inşa etməsi ilə bağlı arzusu da hələ ki, reallaşmış deyil. Belə olan halda, əsgərinə silah tapa bilməyən Ermənistanın Bolqarıstana silah satması il bağlı söyldikləri əsla inandırıcı təsir bağışlamır. Bu, özünə umac ova bilməyən Ermənistanın Bolqarıstana əriştə kəsmək cəhdinə bənzəyir ki, bunun da alqı-satqı tərəflərindən hər hansı birinə fayda verəcəyi real görünmür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.