Tehranda “Qarabağ Ermənistanındır” şüarı: fars rejiminin erməni sevgisi
28-02-2019, 07:40
İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdə Paşinyan tribunadan icma üzvləri ilə birgə selfi çəkdirib. Ermənişünas İsmayıl Tanrıverdi fotoda əksini tapan plakata diqqət çəkib. O bildirib ki, arxa fonda olan və görüşdə qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” yazılıb. Erməni xisləti, məkri Azərbaycan xalqına hər zaman bəllidir və düşmənin bu addımı bizi heç də təəccübləndirmir. Lakin qonşu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə elan edən İran dövlətinin bu separatçı nüansa diqqət etməməsi, yaxud onu görməzdən gəlməsi və bu plakatın qaldırılmasına şərait yaratması böyük təəssüf doğurur.