Mətin Yaşaroğlu “Sputnik”dən niyə çıxarıldı? – Erməni baş redaktorun şərti

28-02-2019, 08:01           
Mətin Yaşaroğlu “Sputnik”dən niyə çıxarıldı? – Erməni baş redaktorun şərti
Xəbər verdiyimiz kimi, Rusiyanın Rəsmi informasiya agentliyi olan “Sputnik”in Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb. Amma onun işdən çıxarılma səbəbləri ilə bağlı açıqlanmır. M. Yaşaroğlu özü də bunu açıqlamaq istəməyib.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə isə əslində, bu qərar sadəcə kiminsə işdən çıxarılması və ya şirkətdaxili kadr dəyişikliyi deyil. Agentlik rəhbərliyinin belə bir addım atmasının arxasında milli və siyasi səbəblərin dayandığı iddia olunur.

Mənbənin verdiyi xəbərə görə, M. Yaşaroğlu ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən “Sputnik”in mərkəzi ofisinə şikayət daxil olub. Qarabağ problemi ilə bağlı təbliğat aparan jurnalistin bu fəaliyyəti ermənilər tərəfindən narahatlıqla qarşılanıb və problemin həlli üçün agentlik rəhbərliyinə müraciətlər olub. Bu müraciətlərin müsbət həll olunmasını isə “Sputnik”in erməni baş redaktoru Marqarita Simonyan həyata keçirib.

Xəbərə görə, M. Yaşaroğlunun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyətini davam etdirməsi üçün qarşısına Qarabağ mövzusunda material yaymamaq haqda şərt qoyulub. Bu şərti qəbul etməyən büro rəhbəri isə işdən getmək qərarı verib.

Əldə etdiyimiz məlumata görə, M.Yaşaroğluna bir neçə ay bundan qabaq Sputnik rəhbərliyi tərəfindən rəsmi töhmət elan edilib. Bu töhmət ona məhz Qarabağla bağlı mövqeyi və jurnalist fəaliyyətinə görə verilib.

Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev saytımıza açıqlamasında məsələ ilə bağlı heç bir şərh vermək istəmədiyini bildirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.