"Azərbaycanlılara heç bir tikə torpaq da qaytarmaq olmaz" – İrəvanda sorğu (VİDEO)

12-03-2019, 17:13           
"Azərbaycanlılara heç bir tikə torpaq da qaytarmaq olmaz" – İrəvanda sorğu (VİDEO)
Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son dövrlərdə yanaşmalar müxtəlifdir. Ölkə rəhbərləri arasında gözlənilən görüşdən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Onlar hər iki tərəfi danışıqlar platformasına gəlməyə səsləyirlər.

Ordu.az xəbər verir ki, "Gala TV" erməni agentliyi İrəvanda sorğu keçirərək münaqişənin həllinə dair sakinlərin fikrinin öyrənməyə çalışıb.

İrəvan şəhər sakinlərinin böyük əksəriyyəti sorğu zamanı bildirib ki, azərbaycanlılara heç bir torpaq tikəsi qaytarıla bilməz. Problemin sülh yolu ilə həllinə tərəfdar olan ermənilər qeyd ediblər ki, bu halda belə heç bir torpaq güzəştindən söhbət gedə bilməz.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru