«Rusiya dünyanın aparıcı iqtisadiyyatından 100 il geri qalır» – Baş nazirin müavini

13-03-2019, 22:58           
«Rusiya dünyanın aparıcı iqtisadiyyatından 100 il geri qalır» – Baş nazirin müavini
Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Baş nazirinin müavini Maksim Akimov bəyan edib ki, əmək məhsuldarlığı göstəricisinə görə, Rusiya iqtisadiyyatı ilə aparıcı dünya iqtisadiyyatı arasındakı fərq 100 il təşkil edir.

O, həmin fərqin aradan qaldırılması üçün sənaye proseslərinin rəqəmsallaşdırılmasının sürətləndirilməsinə çağırıb.

Baş nazir müavini bildirib ki, sənayenin robotlaşdırılması qaçılmazdır, çünki insan əməyi sürətinə və dəqiqliyinə görə, robota uduzur.

O, hesab edir ki, hazırda biznes-proseslərin təbiətini dəyişmək istəməyən bir çox şirkətlər artıq gələn onilliyin ortalarına faktiki olaraq, mövcudluğunu itirəcək.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru