Ramin Quluzadə:"İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb"

13-03-2019, 23:20           
Ramin Quluzadə:"İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb"
İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb, vətəndaş-dövlət münasibətləri yeni məzmun alıb.

Azərtac xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir qeyd edib ki, müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir: “Onlar təhsilə, səhiyyəyə, ticarətə, mediaya, məşğulluğa və bir çox digər sahələrdə inkişaf üçün yeni imkanlar yaradır. İnternet tətbiqləri, sosial şəbəkələr insanlar üçün müasir ünsiyyət formasına çevrilib. Lakin, eyni zamanda, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər də yaradıb. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı da ildən-ilə artmaqdadır”, – deyə R.Quluzadə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru