Azərbaycan torpağında qarpız əkən ermənilərə hər hektara görə 4000 dollar...

15-03-2019, 10:11           
Azərbaycan torpağında qarpız əkən ermənilərə hər hektara görə 4000 dollar...
Görəsən, adamın başında turpu nə təhər əkirlər?!..
Bu il ermənilər Azərbaycanın 22 min hektara yaxın torpağında müxtəlif növ bitki, meyvə-tərəvəz əkəcək...

Biz burada 3-4 Qarabağ Komitəsi yaradıb ortaq məxrəcə gələ bilməyərkən, Qarabağ haqqında mənasız layiihələr icra edib qrantlar, mükafatlar alarkən, evlərimizi, ofislərimizi Şuşa, Kəlbəcər, Laçının gözəlliyi haqda şeir kitablarıyla doldurarkən, ağzımızı açıb ATƏT həmsədrlərinin, nə bilim, ABŞ səfirinin, Rusiya politoloqlarının torpaqlarımızın qaytarılması(!) barədə nə deyəcəyini gözləyincə işğalçılar nəinki “Dağlıq Qarabağ” adlanan ərazimiz, eyni zamanda ətraf 7 rayonumuzun torpaqlarında da həvəslə, ruh yüksəkliyi ilə yaz əkin-becərmə işlərinə start veriblər.

Moderator.az xəbər verir ki, ermənilərin Azərbaycan torpaqlarındakı fəaliyyətindən jurnalistlərə separatçı-terrorçu reimin kənd təsərrüfatı işlərinə de-fakto nəzarət edən qanunsuz qurumunun rəhbəri Jirayr Mirzoyan danışıb. Onun sözlərinə görə, ildən-ilə əkilib-becərilən Azərbaycan torpaqlarının sahəsi artır. Separatçı rejim kəndlilərə, fermerlərə bacardığı yardımı edir.

Son proqnozlara görə, bu il ermənilər Azərbaycanın 22 min hektara yaxın torpağında müxtəlif növ bitki, meyvə-tərəvəz əkəcək. Bu da ötən ilkindən 8500 hektar çoxdur. Qondarma rejim 18,5 hektarlıq ərazidə səpiləcək 12 növ toxumu təsərrüfat sahiblərinə pulsuz verməyi nəzərdə tutub. Bundan əlavə, qarpız və yemiş əkən ermənilərə hər hektara görə, əvəzsiz 2 milyon dram(təxm. 4000 dollardan çox) yardım ediləcək. Həmin məhsulları yarım hektara əkənə də yardım veriləcək...

P.S. Görəsən, adamın başında turpu nə təhər əkirlər?!..

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.