Əli İnsanovun ilk müttəfiqi bəlli oldu

25-03-2019, 20:25           
Əli İnsanovun ilk müttəfiqi bəlli oldu
Prezidentin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovla birgə hərəkət edəcək ilk siyasətçinin adı məlum olub.

Teref.az xəbər verir ki, bu haqda Reyting.az saytı məlumat yayıb. Xəbərdə bu şəxsin prezidentin sabiq köməkçisi Eldar Namazov olduğu bildirilir. Onun rəhbərliyi altında fəaliyyət göstərmiş “Yeni Siyasət” (YeS) blokundan deputatlığa namizədliyi irəli sürülmüş bir neçə tanınmış şəxsin də Əli İnsanov tərəfdarları arasında danışıqlar apardığı qeyd edilir. “Danışıqlar aparılan şəxslər arasında Eldar Namazovun olub-olmaması barədə dəqiq məlumat verilməsə də, onun Əli İnsanova siyasi dəstək verəcəyi gözlənilir. E. Namazov Ə. İnsanova yaxınlığı ilə seçilən şəxs olub. Hətta illər öncə YeS blokunun yaradılmasına Ə. İnsanovun dəstək verdiyi də iddia olunurdu”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru