İlqar Məmmədovdan müxalifətçilərə sərt ittiham: "..."inqilab-inqilab" deyirdiniz"

4-04-2019, 15:37           
İlqar Məmmədovdan müxalifətçilərə sərt ittiham: "..."inqilab-inqilab" deyirdiniz"
REAL partiyasının sədri İlqar Məmmədov bəzi müxalifət nümayəndələrinə qarşı etiraz edib.

GÜNpress.az xəbər verir ki, İ. Məmmədov bildirib ki, bəzi müxalifət nümayəndələri 8 aydır ona qarşı kampaniya aparırlar:

"Deyirdim sizə, gedək seçkiyə, görək insanları səslərin müdafiəsinə səfərbər edə bilirikmi. Dediniz ki, yox e, biz meydanlardan birbaşa hakimiyyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, inqilab eləmək istəyirisiz, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz, 4 dəfə mitinqə qoyulan qadağa həmin o inqilabınızı haçana qədər ertələdi? Amma qapılarımız yenə də açıqdır, seçki məsələsində əməkdaşlığa hələ də tam hazıram və bir daha dəvət edirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru