Britaniyalılar "Avropa Birliyi" sözləri qeyd olunmayan pasportlarını almağa başlayıb

6-04-2019, 07:51           
Britaniyalılar "Avropa Birliyi" sözləri qeyd olunmayan pasportlarını almağa başlayıb
Britaniya vətəndaşları Avropa Birliyindən hələki çıxmamasına baxmayaraq, "Avropa İttifaqı" sözləri əks olunmayan pasportlarını almağa başlayıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın Daxili İşlər Nazirliyindən "Press Association" agentliyinə bildirilib.

Qeyd olunub ki, pasportların verilməsi artıq martın 30-dan başlayıb.

Digər bir məlumata görə, 2019-cu ilin oktyabrından etibarən, Britaniya pasportları ilə bağlı digər bir dəyişiklik də gözlənilir. Belə ki, AB ölkələri arasında qəbul edilən pasportun rəngi tünd qırmızıdan göy rəngə dəyişdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru