Haftarın arxasında bu ölkə dayanır - Şok

8-04-2019, 09:01           
Haftarın arxasında bu ölkə dayanır - Şok
Haftarın arxasında Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlik etdiyi regional xətt dayanır.

Axar.az xəbər verir ki, bu sözləri xarici siyasət araşdırmaçısı Əmrah Kəkilli deyib.

"Bu xətt ilə İsrail arasında xarici siyasət məsələsində bənzərlik var. Düzdür, hələ sübuta yetirilməyib, amma iddialara görə, Haftarı BƏƏ maliyyələşdirir", - o bildirib.

Əmrah Kəkilli qeyd edib ki, qərb cəbhəsində hərbi qüvvələr vahid komandanlıq altında əməliyyatlarda iştirak etsələr, Haftarı rahatlıqla məğlub edə bilərlər.

Qeyd edək ki, Qeyd edək ki, Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqində parlament, Tripolinin də daxil olduğu qərbdə isə BMT və AB-nin də dəstəklədiyi Milli Razılıq Hökuməti fəaliyyətdədir. Şərqdəki hakimiyyət Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarla birgə hərəkət edir.

4 apreldə Haftar Tripolini "terrorçulardan azad etmək" üçün orduya əmr verib. Ordu artıq paytaxtın cənubundakı iki şəhəri ələ keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.