ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə giriş qadağası qoyub

9-04-2019, 07:44           
ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə giriş qadağası qoyub
ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə girişi qadağan edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "7031-ci hissə nəzərdə tutur ki, əgər dövlət katibinin xarici hökumətlərin məmurlarının əhəmiyyətli dərəcədə korrupsiyada və ya ciddi insan hüquqlarının pozulmasında iştirak etmələrinə dair dəqiq məlumatlar varsa, o zaman bu insanlar və onların ailə üzvləri Birləşmiş Ştatların ərazisinə girə bilməzlər".

Səbəb qismində sözügedən 16 şəxsin jurnalist Camal Xaşkacinin qətlində iştirakı göstərilib.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.