İsrail MSK protokolların 55 faizini hesablayıb

10-04-2019, 07:52           
İsrail MSK protokolların 55 faizini hesablayıb
İsraildə keçirilmiş parlament seçkilərində protokolların 55 faizi hesablanıb.

Bu barədə "Report" İsrailin Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir.

Bildirilir ki, səslərin hesablanması nəticəsində alınan son məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası seçicilərin 27,07 faizinin (931 761 səs) səslərini toplayıb.

“Likud” partiyasının əsas rəqibi “Kahol-Lavan” mərkəzçi bloku isə hazırkı nəticələrə görə seçkilərdə 25,96 (893 254) səs toplayıb. Qeyd olunur ki, hazırda seçkidə iştirak edən 3 milyon 465 min 875 şəxsin səsi hesablanıb.

"Kan" dövlət radiosunun məlumatına görə, səslərin üçdə ikisinin hesablanmasından sonra “Likud” partiyası Knessetə 38, “Kahol-Lavan” mərkəzçi bloku isə 36 deputatla təmsil olunacaq.

***04:30

İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası Knessetə keçirilən seçkilərin ilkin nəticələrinə görə, seçicilərin 28,32% səsini toplayıb.

"Report" ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, Netanyahunun əsas rəqibi “Kahol-Lavan” mərkəzçi bloku səslərin 25,34 faiz-ni toplayıb.

Qeyd olunub ki, hazırda seçkidə iştirak edən 1 milyon 628 min 736 şəxsin səsi hesablanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.