İlqar Məmmədovla bağlı İLGİNC İDDİA - Strasburqu aldatdı, pasportunu Bakıda gizlətdi

10-04-2019, 16:27           
İlqar Məmmədovla bağlı İLGİNC İDDİA - Strasburqu aldatdı, pasportunu Bakıda gizlətdi
Strasburqda AŞPA-nın insan haqlarına dair monitorinq Komitəsi tərəfindən təşkil edilmiş dinləmələr keçirilib. Həmin dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunub.

Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, dinləmələrdə qonaq kimi müxalif ReAL partiyasının sədri İlqar Məmmədov da iştirak etməliydi. Lakin o dinləmələrə videoəlaqə vasitəsilə qatılıb və bildirib ki, Strasburqa gedə bilmir, çünki pasport verilməyib.

Lakin məlum olub ki, İ.Məmmədov AŞPA-ya yalan məlumat verib. Onun pasportu var və ölkədən çıxışına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb. Məmmədova pasport hələ 2009-cu ildə verilib və bu ilin avqust ayına qədər qüvvədədir.

İ.Məmmədovun Strasburqa getməkdən imtina etməsi və AŞPA-ya yalan informasiya verməsi müəmmalıdır. Hərçənd ola bilsin İ.Məmmədov bununla Azərbaycanda insan haqları ilə bağlı daha pis mənzərə hökm sürdüyünü nümayiş etdirməyə çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru