Kəmaləddin Heydərovun oğlu istefa verdi

10-04-2019, 16:33           
Kəmaləddin Heydərovun oğlu istefa verdi
Bu gün "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovtutduğu vəzifədən istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Tale Heydərov "Qəbələ"nin prezidenti vəzifəsində fəaliyyətə 2006-cı ildə başlayıb. Klub onun dövründə iki dəfə - 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Qırmızı-qaralar" 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, 2016-2017 və 2017-2018 mövsümlərində isə gümüş medala yiyələnib.

Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovunoğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru