Amerika generalı: Bu, Rusiya ilə silahlı qarşıdurmaya gətirib çıxara bilər

15-04-2019, 08:38           
Amerika generalı: Bu, Rusiya ilə silahlı qarşıdurmaya gətirib çıxara bilər
Rusiya və Qərb ölkələri daha sıx əlaqələri dəstəkləməlidir ki, bir-birinin niyyətlərini daha yaxşı anlasınlar.

Publika.az xəbər verir ki, bunu “Associated Press” agentliyinə müsahibəsində NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kertis Skaparotti bildirib.

Onun fikrincə, dövlətlər arasında dialoqun aktiv olmaması silahlı qarşıdurmaya gətirib çıxara bilər.

““Soyuq müharibə” dövründə bir-birimizin siqnallarını anlayırdıq. Biz danışırdıq. Məni narahat edən odur ki, bu gün biz onları (ruslar - red.) anlamırıq”, - Amerika generalı deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru