AZAL yenə 5-likdə deyil: Gürcü səmasına onlar nəzarət edir

15-04-2019, 10:48           
AZAL yenə 5-likdə deyil: Gürcü səmasına onlar nəzarət edir
Cari ilin ilk rübündə Gürcüstanın beynəlxalq hava limanlarından 1 milyondan çox sərnişin istifadə edib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi yayıb. Məlumata görə, bu göstərici ötən ilin analoji dövründən 21% çox olub.

Agentlik cari ilin ilk rübündə ölkə əhalisinin daha çox Macarıstanın "Wizz Air" aviaşirkətindən istifadə etdiyini bildirib. Aviaşirkət Gürcüstan bazarının 15%-nə nəzarəti əlinə götürüb. Ondan sonrakı yerdə "Turkish Airlines" (11%), "Georgian Airways" (11%), "Pobeda Airlines" (10%) və "Ural Airlines" (6%) dayanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru