Aİ gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq

15-04-2019, 17:52           
Aİ gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq
“Avropa İttifaqı (Aİ) aprelin 17-də gömrük rüsumu tətbiq edəcəyi ABŞ mallarının siyahısını açıqlayacaq”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Brüsseldə (Bekçika) keçirilmiş mətbuat konfransında ticarət üzrə Avropa Komissarı Sesilya Malmstrem məlumat verib.

Onun sözlərinə görə, hazırda siyahı üzərində iş yekunlaşmaq üzrədir: "Bu rüsumlar ABŞ-ın atdığı eyni addıma cavabdır".

Xatırkadaq ki, ABŞ Prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatının Fransa-Almaniya birgə müəssisəsi “Airbus” şirkətinə ayrılan subsidiyaların dəstəkləməsi qərarının ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, ölkəsi Aİ məhsullarına 11 mlrd. dollarlıq gömrük rüsumu tətbiq edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru