Tramp ABŞ-ın Yəməndəki müharibədə iştirakının dayandırılması haqqında qətnaməyə veto qoyub

17-04-2019, 07:26           
Tramp ABŞ-ın Yəməndəki müharibədə iştirakının dayandırılması haqqında qətnaməyə veto qoyub
ABŞ Prezidenti Donald Tramp Konqresin Birləşmiş Ştatların Yəməndə döyüş əməliyyatlarında iştirakının dayandırılmasını nəzərdə tutan qətnaməsinə veto qoyub.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin bəyanatına istinadən "Reuters" bildirib.

Trampın qərarı ilə bağlı izahedici qeyddə bildirilir ki, qətnamə "qeyri-vacibdir" və Prezidentin konstitusiya hüquqlarını məhdudlaşdırmağa yönəldilib.

Tramp həmçinin vurğulayıb ki, Konqresin qətnaməsi Amerika vətəndaşlarını və qoçaq hərbi qulluqçuları təhlükəyə məruz qoyur.

Daha əvvəl ABŞ Prezidenti "Boeing" şirkətinə "737 MAX" modeldən olan təyyarələrin model adının dəyişdirilməsini məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru