ABŞ-ın "kölgə kəşfiyyatı"ndan Azərbaycana zərbə: - Dağlıq Qarabağı de-fakto tanıdı...
17-04-2019, 11:06
ABŞ-ın “Stratfor” beynəlxalq kəşfiyyat-analitik mərkəzi Azərbaycana qarşı növbəti rəzil addım atıb.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu özəl təşkilat Azərbaycanın işğal latındakı torpaqlarında qondarılmış rejimi “de-fakto müstəqil dövlət” kimi tanıyıb.
“Stratfor”un açıqlamasında deyilir: “BMT-nin məlumatına görə, dünyada 195 müstəqil ölkə var. Onlardan 193-ü BMT-yə üzvdür, eləcə də Vatikan və Fələstin müşahidəçi statusuna malikdirlər. Bununla belə, dünya xəritəsində qismən tanınan mübahisəli sahələr mövcuddur: Dağlıq Qarabağ, Dnestryanı və Somalilend(Afrika) kimi BMT üzvü olan dövlətlər tərəfindən tanınmayan, lakin faktiki müstəqil olan "ölkə"lər... Özünü “Luqansk və Donetsk respublikaları” kimi elan edən qurumlar da bu siyahını tamamlamağa iddialıdırlar...”
Açıqlamada qeyd edilir ki, özünü elan etmiş bu "dövlət"lərdə dövlət hakimiyyətinin bütün sistemi öz əksini tapır və onllar öz ərazilərinə nəzarəti tam şəkildə həyata keçirirlər...
P.S. “Stratfor” guya özəl təşkilat olsa da, bu üzdəniraq addımı ilə bir daha ABŞ-ın, Qərbin Azərbaycana, bütövlükdə türk, İslam dünyasına çoxüzlü standartlarla yanaşmasını nümayiş etdirir...