Zaur Hüseynov rəis və müavinini işdən çıxardı - SƏBƏB?

17-04-2019, 16:12           
Zaur Hüseynov rəis və müavinini işdən çıxardı - SƏBƏB?
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Gənclik” stansiyasının rəisi Böyükağa Yolçuyev və müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb.

Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Belə ki, növbətçi iş vaxtı ayaqyoluna gedib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a rəis və müavinin vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib. B.Məmmədov onların vəzifədən uzaqlaşdırılmasının səbəbini nizam-intizamla bağlı olduğunu dilə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru