Rusiya dünyanın hökmdarı ola bilməyəcək - SƏBƏBLƏR AÇIQLANDI

17-06-2019, 07:33           
Rusiya dünyanın hökmdarı ola bilməyəcək - SƏBƏBLƏR AÇIQLANDI
Rusiya süni intellekt sahəsində dünya lideri ola bilməyəcək.

Publika.az xəbər verir ki, bu haqda “Defense One” nəşri yazıb.

“Rusiya innovasiyalar mədəniyyətini inkişaf etdirməkdə qabiliyyətsizliyə görə süni intellekt sahəsində lider olmaq cəhdində müvəffəqiyyətsizliyə uğrayacaq”, - Amerika nəşri qeyd edib.

Nəşr əsas səbəblər kimi geniş yayımış korrupsiyanı, şəxsi mülkiyyətin müdafiə olunmamasını və təhlükəsizlik orqanlarının həddindən artıq ictimai nəzarətini göstərir. Məqalənin müəllifi əmindir ki, Rusiya süni intellekt sahəsində ABŞ, Çin və Qərbi Avropadan geri qalacaq.

Xatırladaq ki, mayda Rusiya prezidenti Vladimir Putin süni intellekt sahəsini inkişaf etməyə çağırıb. Həmin ayda dövlət başçısı bildirib ki, süni intellekt sahəsində inhisarçılıq yarada biləcək ölkə dünyanın hökmdarı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru