Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov

18-06-2019, 10:42           
Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov
Fransa məhkəməsinin qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımaması böyük qələbədir.

Trend-in məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir, həmçinin gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağırıb: “Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Bizim torpaqlarımız işğal olunubsa, birləşməliyik. Sosial şəbəkələrdə belə məsələləri yazanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik, hamımız bir olmalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru